Вернуться назад Распечатать

Pulumuz yoxdur, amma 4 minlik telefonumuz var...

 Deməli, qardaş, mən bu milləti anlaya bilmirəm də, vallah. Harda oturursan, kiminlə dərdləşirsən, hamıdan eyni mahnı: 'Vəziyyət çətindir, dolana bilmirik, pul yoxdur, maaş çatmir, imkan zəifdir...' Unutdum deməyi, bir də 'Bakıda yaşamaq olmur ey, çox bahalıqdır' cümləsi var, mütləq hər söhbətin başında gəlir. Baxırsan, elə bil hamı son qəpiyinə çörək alır.
Amma elə ki Apple təzə bir dənə telefon buraxır... Ay qardaş, o 'pul yoxdur' deyən camaat birdən-birə haradan peyda olur? Gecə saat 3-də, millət şirin yuxuda olanda, bunlar gedib mağazanın qabağında elə bir izdiham yaradırlar ki, elə bil pulsuz ev paylayırlar. Biri çadır qurur, biri növbə davası edir, o biri də rəsmən vitrinə dırmaşır. İndi soruşsan ki, 'ay rəhmətliyin oğlu, bəs pul yox idi?', deyəcək ki, 'əşşi, dost-tanışdan borc elədim', ya da '18 aylıq kreditdir də, yavaş-yavaş ödəyəcəm'.
Baxırsan, cibində avtobus kartına yükləməyə 5 manatı yoxdur, amma əlində 3-4 minlik iPhone 18 fırladır. Mənə çatmır da, bu necə kasıblıqdır? Biz kasıb olmağı səhv başa düşmüşük, ya da bu ölkədə gizli bir xəzinə var, sadəcə yerini bir mənə demirlər.
Qəribə millətik, vallah... Acından ölürük, amma trenddən qalmırıq. Əsas odur ki, kofeni içəndə o arxadakı alma şəkli kameraya düşsün, qalan hər şey boş şeydir...
Aidə Tofiqqızı