Вернуться назад Распечатать

“Bakı bizim qanımız, canımızdır” — Təbrizli jurnalistdən Azərbaycanı hədəfə alan iddialara cavab - VIDEO

Təbrizli jurnalist Ramin Saeidi Tehran–Tacikistan uçuşu ilə bağlı Azərbaycanın ünvanına səsləndirilən iddialara etiraz edib.

1xeber.media xəbər verir ki, jurnalist yaydığı videoaçıqlamada uçuşa Azərbaycanın mane olduğu barədə deyilənləri tənqid edib. O, Tehran–Tacikistan marşrutunun coğrafi istiqamətinə diqqət çəkərək bu məsələdə Azərbaycanın günahlandırılmasını əsassız hesab etdiyini bildirib.

Saeidinin sözlərinə görə, hava şəraiti və marşrutla bağlı müxtəlif izahlar irəli sürülərək məsuliyyət Azərbaycanın üzərinə yönəldilir. Jurnalist digər ölkələrin tətbiq etdiyi məhdudiyyətlərə eyni münasibətin göstərilmədiyini iddia edib və Azərbaycanın davamlı şəkildə hədəfə alınmasına etirazını bildirib.

O, İranda yaşayan azərbaycanlıların hisslərinin nəzərə alınmasının vacibliyini vurğulayıb. Saeidi qarşıdurma yaradan ritorikanın həmin insanları da incitdiyini söyləyib.

Jurnalist çıxışının sonunda Bakı ilə Təbriz arasındakı bağlılığı bu sözlərlə ifadə edib:

“Sən Təbrizlə savaşmaq istəyirsən? Bakı dediyin Təbrizin parçasıdır da! Bizim qanımız, canımızdır. Sən kiminlə savaşmaq istəyirsən?”

Qeyd edək ki, uçuş marşrutu və məhdudiyyətlərlə bağlı səsləndirilən iddialar jurnalistin mövqeyini əks etdirir.