1xeber.media xəbər verir ki, Rumıniyanın müdafiə qüvvələri Ukrayna sərhədinə yaxın ərazidə naməlum hava hədəfi aşkarladıqdan sonra iki F-16 qırıcısını havaya qaldırıb.
Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 25-də səhər radar sistemləri Qalats şəhərindən təxminən 20 kilometr şərqdə hərəkət edən hava hədəfi qeydə alıb. Bundan sonra Borcea aviabazasında hava patrulu növbəsində olan iki F-16 vəziyyəti izləmək üçün havaya qalxıb.
Hadisə ilə əlaqədar Qalats və Tulça bölgələrinin sakinlərinə xəbərdarlıq mesajı göndərilib. Hava xəbərdarlığı saat 03:27-dən 04:14-dək qüvvədə olub.
Rumıniya Müdafiə Nazirliyi hədəfin ölkənin hava məkanına daxil olmadığını bildirib. Onun hansı obyekt olduğu barədə isə açıqlama verilməyib.