Вернуться назад Распечатать

Gürcüstan-Rusiya sərhədində təxliyə

1xeber.media xəbər verir ki, Gürcüstanın Rusiya ilə sərhədində yerləşən “Dariali” keçid məntəqəsində vətəndaşlar və əməkdaşlar təhlükəsiz əraziyə təxliyə edilib.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, təxliyəyə Devdoraki ərazisindəki xəbərdarlıq sistemindən daxil olan məlumatlar səbəb olub.

Sistem ətraf mühitdəki dəyişiklikləri, o cümlədən çay məcrasında suyun səviyyəsinin yüksəlməsini izləyir.

Nazirlik təhlükəsizlik məqsədilə ərazidə olan vətəndaşların və sərhəd-keçid məntəqəsinin əməkdaşlarının təhlükəsiz yerə köçürüldüyünü bildirib.