1xeber.media xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Məlumata görə, iş materialları tanışlıq üçün müdafiə tərəfinə təqdim edilib. İttiham aktının hazırlanmasından sonra cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi gözlənilir.
Əli Kərimli və Məmməd İbrahimə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddə hakimiyyəti zorla ələ keçirməyə və ya saxlamağa, eləcə də dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətləri əhatə edir.
Qeyd edək ki, Əli Kərimli ittihamları qəbul etmir. Onun və Məmməd İbrahimin işi əvvəlcə Ramiz Mehdiyevlə bağlı araşdırma çərçivəsində gündəmə gəlsə də, sonradan ayrıca icraata ayrılıb.qafqazinfo