Вернуться назад Распечатать

Seuldan Zelenskiyə xəbərdarlıq

1xeber.media xəbər verir ki, Cənubi Koreya Prezidenti Li Ce Myon Ukrayna Prezidenti Vladimir Zelenskinin Şimali Koreyadan olan hərbi əsirlərin Seula təhvil verilməsi barədə məlumatı açıqlamasını tənqid edib.

Li Ce Myon bildirib ki, tərəflər əvvəlcədən bu məlumatların ictimaiyyətə açıqlanmaması barədə razılığa gəliblər.

Cənubi Koreya liderinin sözlərinə görə, məlumatların yayılması bir sıra əlavə problemlərə səbəb ola bilərdi. O, bu səbəbdən məsələnin məxfi saxlanılmasının bütün tərəflər üçün daha məqsədəuyğun olduğunu qeyd edib.

Məlumata görə, Zelenski daha əvvəl Şimali Koreyadan olan hərbi əsirlərin Cənubi Koreyaya təhvil verilməsi ilə bağlı məlumat yayıb.