Вернуться назад Распечатать

Rusiyada parlament seçkisinin yekun nəticələri açıqlandı

1xeber.media xəbər verir ki, Rusiyada Dövlət Dumasına keçirilən seçkilərin yekun nəticələrinə əsasən, “Vahid Rusiya” 349 mandat əldə edib.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın açıqladığı nəticələrə görə, Kommunist Partiyası 37, Liberal Demokrat Partiyası 23, “Yeni İnsanlar” 19, “Ədalətli Rusiya” 17, “Rodina” partiyası isə 1 mandat qazanıb.

Daha 4 mandat öz namizədliyini irəli sürən şəxslər arasında bölüşdürülüb.

Qeyd edək ki, IX çağırış Dövlət Dumasına seçkilər sentyabrın 18-də başlayıb və sentyabrın 20-də başa çatıb.