Вернуться назад Распечатать

Bədəndəki qoxu Parkinson xəstəliyinə işarə edə bilər

1xeber.media xəbər verir ki, alimlər Parkinson xəstəliyi və bəzi koqnitiv pozuntular zamanı insan bədəninin qoxusunun kimyəvi tərkibində dəyişikliklər yarana biləcəyini müəyyən ediblər.

“Scientific Reports” jurnalında dərc olunan araşdırmada 24 nəfər iştirak edib. Onların 6-sı Parkinson xəstəliyindən, 6-sı yüngül koqnitiv pozuntudan, 6-sı COVID-19-dan əziyyət çəkib, digər 6 nəfər isə sağlam könüllü olub.

Tədqiqat çərçivəsində iştirakçıların burun, qulaq və göbək nahiyələrindən nümunələr götürülüb. Alimlər müxtəlif xəstəliklər zamanı qoxunun kimyəvi xüsusiyyətlərində fərqlər müşahidə ediblər.

Tədqiqatçılar bu nəticələrin gələcəkdə Parkinson xəstəliyi və koqnitiv pozuntuların erkən aşkarlanması üçün yeni diaqnostik üsulların hazırlanmasına kömək edə biləcəyini bildirirlər.