Вернуться назад Распечатать

Britaniya Rusiyaya qarşı təhlükəsizlik tədbirlərini gücləndirir

1xeber.media xəbər verir ki, Böyük Britaniya hökuməti müdafiə şirkətləri və kritik infrastruktur müəssisələrini Rusiyadan yarana biləcək təhlükələr barədə məlumatlandırmağa başlayır.

Britaniya hökumətinin məlumatına görə, görüşlərdə mümkün sabotaj əməliyyatları və kiberhücumlarla bağlı risklər müzakirə olunacaq. Müdafiə və təhlükəsizlik sahəsində çalışan şirkətlərin nümayəndələri hökumət rəsmiləri ilə bir araya gələcək.