1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi imkanını müzakirə ediblər.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, belə bir görüşün keçirilməsi barədə müzakirə aparılıb. Lakin onun sözlərinə görə, hazırda görüşün vaxtı, yeri və digər detalları ilə bağlı konkret razılaşma yoxdur.
Peskov qeyd edib ki, tərəflər yaxın perspektivdə üçtərəfli təmasların mümkünlüyünü müzakirə ediblər. Görüşün keçirilməsi ilə bağlı konkret məlumatın isə hələlik açıqlanmadığı bildirilib.