Вернуться назад Распечатать

İşdən çıxarılan icra başçısı nazir təyin edildi

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Tarqulu oğlu Nəcəfov vəzifəsindən azad edilib.

1xeber.media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında qərar qəbul edilib.

Digər qərarla, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib.

Qeyd edək ki, Ovni Muradov ötən gün Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.