Beynəlxalq investorlarla əhəmiyyətli layihələrə start verilir: Bakı qlobal investisiya mərkəzinə çevrilir
1xeber.media xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən əməkdaşlıqların təməli qoyulur. Forum qlobal biznes liderlərini və iri investisiya fondlarını bir araya gətirməklə regionun ən böyük iqtisadi platformalarından birinə çevrilib.
Dövlət başçısı İlham Əliyev forumun iqtisadi tərəfdaşlıqların qurulmasındakı rolunu və yeni layihələrin miqyasını xüsusi vurğulayaraq bildirib:
"II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə əhəmiyyətli investisiya layihələrinə start veriləcək."
Bu bəyanat Azərbaycanın xarici sərmayə üçün cəlbedici və etibarlı tərəfdaş imicini bir daha təsdiqləyir. Tədbir müddətində start veriləcək layihələr əsasən ölkənin qeyri-neft sektorunun sürətli inkişafına, sənaye infrastrukturunun müasirləşdirilməsinə, rəqəmsal ekosistemin qurulmasına və alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsinə yönəlib.
İnvestorlarla bağlanacaq yeni müqavilələr təkcə Bakı və ətraf rayonları deyil, həm də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edəcək. Bu layihələrin reallaşdırılması ölkədə minlərlə yeni iş yerinin açılmasına, yerli istehsalın artmasına və Azərbaycanın qlobal logistik zəncirdəki mövqeyinin daha da möhkəmlənməsinə şərait yaradacaq.