Вернуться назад Распечатать

TDT-nin XİN başçıları Nyu-Yorkda toplandı

Azərbaycanın sədrliyi ilə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı keçirilib.

1xeber.media  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Toplantı ABŞ-nin Nyu-York şəhərində - BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub.

İclasda oktyabrın 29-30-da Türkiyədə keçiriləcək TDT-nin 13-cü Zirvə görüşünə hazırlıq məsələləri, həmçinin Türk dünyası ilə bağlı qlobal və regional proseslər müzakirə olunub.