Sentyabrın 25-də Kürdəmirdə “27 sentyabr – Anım Günü” və “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
1xeber.media xəbər verir ki,Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Elşən Həsənli, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər. Rayonun Bayraq Meydanında təşkil olunan ağacəkmə aksiyasında 450 ədəd çinar, zeytun, söyüd və eldar şamı ağacları əkilib.


