Elm və Təhsil Nazirliyi (ETM) daha bir maraqlı tender keçirib.
1xeber.media xəbər verir ki, nazirliyin tabeliyində olan təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində tədrisin təşkil olunması üçün mal-materialların və digər ləvazimatların satınalınmasını reallaşdıracaq.
Qeyd edək ki, tenderin qalibi “SİMPLEX” QSC olub. Nazirlik şirkətə alınacaq mallara görə, 7 milyon 58 min 20 manat pul ödəyəcək.
Maraqlı məqamlardan biri də ETM-in alacaqları arasında bəzi malların mövcudluğudur. Məsələn, nazirlik “Simplex” şirkətinə 70 ədəd “Siqaret çəkmək qadağandır” nişanı, 2397 ədəd yemək üçün dayaz boşqab dəsti (dəstdə 6 ədəd keramika boşqab olacaq), 2380 dəst (hər dəstəd 6 ədəd boşqab olmaqla) dərin boşqab, 417 ədəd 10 lt-lik, 405 ədəd 20 lt-lik, 2 ədəd 30 lt-lik, 2 ədəd 50 lt-lik və 644 ədəd 6 lt-lik qazanlar sifariş edib.
Bundan başqa, nazirlik tender yolu ilə 106 dəst (hər birində 6 ədəd olmaqla) yemək bıçağı da alacaq.Tribuna.az