Вернуться назад Распечатать

Prezident: "Azərbaycan və Qazaxıstan 2026-cı ilin sonunadək Transxəzər fiber-optik kabel xəttini işə salacaq"

Qazaxıstan və Azərbaycan arasında fiber-optik kabel xətti 2026-cı ilin sonunadək istismara veriləcək.

1xeber.media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.

"Bu ilin sonunadək biz Azərbaycan və Qazaxıstanı Xəzər dənizinin dibi ilə birləşdirəcək fiber-optik kabel xəttini istismara verəcəyik. Bu da bizim üstünlüyümüzdür", - Prezident bildirib.