Вернуться назад Распечатать

Prezident İlham Əliyev: "Bizdə kriminogen vəziyyət tamamilə nəzarət altındadır"

 

1xeber.media xəbər verir ki,Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan mötəbər paneldə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədəki daxili sabitlik və asayiş məsələlərinə toxunub.
İkisahil Agentliyi xəbər verir ki, dövlət başçısı müasir dünyada investorlar və qlobal şirkətlər üçün ən mühüm faktorlardan birinin məhz təhlükəsizlik mühiti olduğunu xüsusi vurğulayıb. Azərbaycanın bu istiqamətdə yüksək göstəricilərə sahib olduğunu bildirən Prezident İlham Əliyev deyib:
"İndi dünyada digər önəmli amil təhlükəsizlikdir. Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir. Bizdə kriminogen vəziyyət tamamilə nəzarət altındadır."
Dövlət başçısı əlavə edib ki, ölkədə 30 ildən artıqdır davam edən siyasi və iqtisadi sabitlik fonunda təhlükəsizliyin tam təmin olunması xarici kapitalın qorunması və davamlı investisiya axını üçün ən fundamental zəmanətdir.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi və AZPROMO-nun dəstəyi ilə keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda qlobal iqtisadi gündəm, yaşıl enerji keçidi, nəqliyyat logistikası və beynəlxalq investisiya perspektivləri müzakirə olunur.