Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sovet dövrünə aid, istismardan çıxarılmış quyuların ləğvi və konservasiyası üzrə layihə həyata keçirir.
1xeber.media xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidentinin enerji keçidi, ətraf mühit və dekarbonizasiya məsələləri üzrə müavini Hikmət Abdullayev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.
Onun sözlərinə görə, proqram minlərlə quyunu əhatə edir: "Bu obyektlərin bir hissəsinin ətrafındakı infrastruktur dağılıb, bunun nəticəsində onlara çıxış ciddi şəkildə məhdudlaşıb. Digər quyularda işlərin aparılması texniki baxımdan daha asandır və SOCAR artıq bu istiqamətdə fəaliyyət göstərir".
H.Abdullayev qeyd edib ki, prosesə ilkin tədqiqatların aparılması, məlumatların toplanması, müvafiq icazələrin alınması və sonrakı monitorinq daxildir.