Вернуться назад Распечатать

Xocalının Ballıca kəndində Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

27 Sentyabr Anım Gününün 6-cı ildönümü münasibətilə Xocalı rayonunun Ballıca kəndində ağacəkmə aksiyası keçirilib.

1xeber.media xəbər verir ki,Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, aksiya zamanı Ballıca kəndinin ərazisində  simvolik olaraq 44 ağac əkilib.Ağacəkmə aksiyası həm şəhidlərin xatirəsinə ehtiramın ifadəsi, həm də Qarabağda yaşıllıq ərazilərinin genişləndirilməsi və ekoloji tarazlığın qorunmasına yönəlmiş tədbirlərin davamı kimi keçirilib. Aksiyada  Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhramanov, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktoru Telman Kərimli, şəhid ailələri, müharibə veteranları və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.