Вернуться назад Распечатать

Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər müzakirə edildi

Baş nazirin müavini Şahin Mustafayev Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb.

1xeber.media xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin, xüsusilə ticarət-iqtisadi sahədə, o cümlədən  sənaye, energetika, nəqliyyat və logistika sektorları üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.