Вернуться назад Распечатать

Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Otman Bozdağ Palçıq Vulkanında sentyabrın 26-sı saat 07:32 radələrində püskürmə hadisəsi qeydə alınıb.

1xeber.media xəbər verir ki, bunu Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev bildirib.

Püskürmə güclü alovlanma ilə müşayiət olunub.

Onun sözlərinə görə, hazırda ərazidə vulkanın aktivliyi və püskürmə nəticəsində yaranmış geoloji dəyişikliklərlə bağlı ilkin müşahidə və qiymətləndirmə işləri aparılır.

***

Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb.

1xeber.media xəbər verir ki, bu barədə AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.

Məlumata əsasən, təbiət hadisəsi yerli vaxtla saat 07:32-də qeydə alınıb.