1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Mixail Mişustin Dövlət Dumasının IX çağırışının ilk plenar iclasına dəvət olunacaqlar.
Bu barədə ilk iclasın təşkili üzrə işçi qrupunun rəhbəri Viktor Pinski məlumat verib.
Onun sözlərinə görə, iclasa Federasiya Şurasının sədri Valentina Matviyenko da dəvət ediləcək.
Qeyd edək ki, seçkilərin yekunlarına əsasən, “Vahid Rusiya” Dövlət Dumasında 349 mandat əldə edib. Kommunist Partiyası 37, Liberal Demokrat Partiyası 23, “Yeni İnsanlar” 19, “Ədalətli Rusiya” 17, “Rodina” isə 1 mandat qazanıb.