Вернуться назад Распечатать

Rusiyanın yeni səfiri Pxenyana çatdı

1xeber.media xəbər verir ki, Rusiyanın Koreya Xalq Demokratik Respublikasındakı yeni səfiri Andrey Podıyelişev Pxenyana gəlib.

Rusiya diplomatik nümayəndəliyinin məlumatına görə, səfir sentyabrın 26-da həyat yoldaşı ilə birlikdə Moskvadan birbaşa reyslə Şimali Koreyanın paytaxtına çatıb.

Onu hava limanında KXDR Xarici İşlər Nazirliyinin nümayəndələri və Rusiyanın diplomatik missiyasının əməkdaşları qarşılayıblar.

Podıyelişev Pxenyana çatan kimi Sovet İttifaqı əsgərlərinin xatirəsinə ucaldılmış Azadlıq abidəsini ziyarət edib və həlak olmuş hərbçilərin xatirəsini yad edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin iyulun 28-də Andrey Podıyelişevi Rusiyanın KXDR-dəki fövqəladə və səlahiyyətli səfiri təyin edib. O, bu vəzifəyə qədər Rusiyanın Nigeriyadakı səfiri olub.