1xeber.media xəbər verir ki, İran ABŞ-a Hörmüz boğazının yeddi gün ərzində yenidən açılması ilə bağlı təklif irəli sürüb.
İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, bunun üçün ABŞ-ın müəyyən hərbi və iqtisadi şərtləri yerinə yetirməsi tələb olunur. Təklifin Qətərin vasitəçiliyi ilə Vaşinqtona çatdırıldığı bildirilir. Reuters-in məlumatına görə, İran hazırda ABŞ-ın cavabını gözləyir.