Вернуться назад Распечатать

Banqkokda güclü yağışlar şəhəri su altında qoydu

1xeber.media xəbər verir ki, Tailandın paytaxtı Banqkokda güclü yağışlar nəticəsində genişmiqyaslı daşqınlar baş verib.

Şəhər rəhbərliyi Banqoku fəlakətdən zərər çəkmiş ərazi elan edib. Reuters-in məlumatına görə, 48 saat ərzində bəzi ərazilərə təxminən 300 millimetr yağış düşüb. Bir sıra yollar su altında qalıb, nəqliyyatın hərəkəti ciddi şəkildə çətinləşib.