Вернуться назад Распечатать

Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi
təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi
məqsədilə Vətən müharibəsinə başlad. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı Qələbə ilə sona çatdı, 44 gün davam edən
hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu
silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.
Respublika Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün
təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncam”a əsasənxalqımızın 30
illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi ölkəmizdə
Anım Günü qeyd olunur.
Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamda da qeyd edildiyi kimi:
 Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü
uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan
mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik
nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və
canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha
da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni
zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin
edən mühüm amildir.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün
şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində
qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda
dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz,
bütün şəhidlərimiz bundan sonra da dərin ehtiramla anılacaq.
Azərbaycan xalqının,ordusunun və dövlətinin birliyinin və əzminin nəticəsi olan bu
Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu
məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və
beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və
bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
Cavid Rəcəbli,
ƏƏSMN yanında DSMF Sabirabad rayon şöbəsinin müdiri