Вернуться назад Распечатать

Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Almaniyanın XİN başçısı Yohan Vadeful ilə Ukrayna ətrafındakı vəziyyəti, eləcə də Moskva ilə Berlin arasında ikitərəfli münasibətləri müzakirə edib.

1xeber.media xəbər verir ki, bu barədə Rusiyanın xarici siyasət idarəsinin məlumatında deyilir.

Məlumata görə, almaniyalı nazir bu və digər məsələlər üzrə ölkə hökumətinin dəfələrlə açıq şəkildə ifadə etdiyi mövqeyi təsdiqləyib.

20:13

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Almaniyanın XİN rəhbəri Yohan Vadeful ilə görüş keçirib.

1xeber.media TASS-a istinadən xəbər verir ki, iki ölkənin xarici siyasət idarələri rəhbərlərinin görüşü Ukraynada müharibənin başlanmasından bəri ilk dəfədir.

Bundan əvvəl Lavrov almaniyalı həmkarı ilə 2022-ci il yanvarın 18-də görüşüb, o vaxt bu vəzifəni Annalena Berbok tuturdu.

Məlumata görə, 20 dəqiqə davam edən görüşün təşəbbüskarı Almaniya tərəfi olub.

Müzakirələrin təfərrüatları açıqlanmır.