Вернуться назад Распечатать

Mahir Məmmədov FIDE-də vəzifəsini qorudu

Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilib.

1xeber.media xəbər verir ki, ali şahmat qurumunda rəhbər vəzifələrə seçkilər baş tutub. Sentyabrın 26-da FİDE-nin yeni prezidenti müəyyənləşib. Qalib ikinci turda məlum olub. Timur Turlov 110 səslə seçkidə qalib gəlib və növbəti 4 il müddətinə ali şahmat qurumunun rəhbəri seçilib.

Bu gün digər rəhbər vəzifələrə seçkilər və təyinat rəsmiləşib. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.

Qeyd edək ki, AŞF rəhbəri Mahir Məmmədov ilk dəfə 2018-ci ildə FIDE-nin vitse-prezidenti seçilib, 2022-ci ildə isə ikinci dəfə bu vəzifədə işini davam etdirmək imkanı qazanıb.