Вернуться назад Распечатать

Türkiyə MN Azərbaycanın şəhidlərini andı

Türkiyənin Milli Müdafiə Nazirliyi 27 Sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib. 

1xeber.media  xəbər verir ki, paylaşımda deyilir: 

"Qəhrəman Azərbaycan ordusunun Qarabağdakı işğal edilmiş torpaqlarını azad etmək üçün başlatdığı və zəfərlə nəticələnən şanlı mübarizənin ildönümündə qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlam və xoşbəxt həyat diləyirik".