Abşeron rayonunda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.
1xeber.media xəbər verir ki, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini və Xırdalan şəhərində şəhidlərin xatirəsinə ucaldılan Xatirə Kompleksini ziyarət ediblər.
Tədbir Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində davam etdirilib.
Burada Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra Vətən müharibəsindəki şanlı qələbəyə həsr edilmiş videoçarx nümayiş olunub.
Anım tədbiri şəhid ailələri və qazilərin iştirakı ilə Heydər Əliyev Parkında ağacəkmə aksiyası ilə yekunlaşıb.



