Bu ilin ilk 7 ayında Azərbaycana Tailanddan 10 kiloqram durian gətirilib.
1xeber.media açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan durianın bir kiloqramının orta gömrük dəyəri 13 dollar (22 manat) təşkil edib.
Məlumat üçün bildirək ki, durian Cənub-Şərqi Asiyada yetişən tropik meyvədir. Xüsusilə Tailand, Malayziya və İndoneziyada məşhurdur. Böyük, oval formalı və tikanlı qabığı olur. Çox kəskin və özünəməxsus qoxuya malikdir. Buna görə bəzi otellərdə və ictimai nəqliyyatda durian aparmaq qadağan edilir. İç hissəsi kremə bənzəyir, dadı şirin və yağlı olur. Tərkibində karbohidrat, yağ, lif, kalium və müxtəlif vitaminlər var.
Onu da qeyd edək ki, Azərbaycanda bəzi pərakəndə satış mağazalarında durianın bir ədədi 490 manata satılır. Bir ədəd bütöv durian meyvəsinin çəkisi adətən 1 ilə 3 kiloqram arasında olur. Böyük ölçülü durian meyvəsinin çəkisi 4 kiloqrama kimi ola bilir. yeni avaz