27 Sentyabr - Anım Günü ilə əlaqədar İpoteka və Kredit Zəmanət Fondunun kollektivi Zəfər parkında ucaldılmış Zəfər abidəsini ziyarət edib.
Bu barədə Fonddan bildirilib.
Fondun əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək, abidənin önünə gül dəstələri düzüblər.