Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi Zəfərimizin qəhrəmanlarını ehtiramla yad edib
1xeber.media xəbər verir ki,27 Sentyabr – Anım Günü ilə əlaqədar Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi Zəfər parkını ziyarət edib.
Ziyarət zamanı Zəfər abidəsinin önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq.

