Londonun ICE birjasında "Brent" markalı xam neftin fyuçerslərinin qiyməti 107.114 dollara bərabər olub.
1xeber.media xəbər verir ki, "Brent" neftinin qiyməti 2.68% artıb.
Eyni zamanda, WTI markalı xam neftin fyuçerslərinin qiyməti 1.89% artaraq bir barel üçün 94.16 dollar olub.
***
Dünya bazarında neftin qiyməti yeni ticarət həftəsinin əvvəlində bahalaşıb.
1xeber.media xəbər verir ki, bu barədə “Investing” platformasının ticarət məlumatlarında bildirilib.
Bakı vaxtı ilə saat 02:02-yə olan məlumata görə, “Brent” markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 1,6 faiz artaraq bir barel üçün 99 dollara çatıb.
ABŞ-nin WTI markalı neftinin fyuçersləri isə 1 faiz bahalaşaraq 93,44 dollara yüksəlib.