1xeber.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr – Anım Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Telefon danışığı zamanı Ərdoğan Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsini ehtiramla yad edib.
Türkiyə Prezidenti şəhidlərin ailələrinə və yaxınlarına başsağlığı diləklərini çatdırıb.