1xeber.media xəbər verir ki, dünya bazarında qızılın qiyməti sentyabrın 28-də 2 faizdən çox ucuzlaşıb.
“Reuters”in məlumatına görə, spot qızılın qiyməti 2,1 faiz azalaraq bir unsiya üçün 4 198,10 dollara düşüb. Bu, sentyabrın 1-dən bəri ən böyük gündəlik geriləmə kimi qeydə alınıb.
Analitiklər bildirirlər ki, neft qiymətlərinin yüksəlməsi inflyasiya ilə bağlı narahatlıqları artırıb. Bu isə ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini yenidən artıracağı ilə bağlı gözləntiləri gücləndirib.
Faiz dərəcələrinin yüksəlməsi gəlir gətirməyən aktiv kimi qızılın cəlbediciliyini azalda bilər.