Вернуться назад Распечатать

Meksikaya qasırğa yaxınlaşır – təxliyələr başladı

1xeber.media xəbər verir ki, “Polo” qasırğası Meksikanın Sakit okean sahillərinə yaxınlaşır.

Meteoroloqların məlumatına görə, qasırğanın bazar ertəsi gecə Baja Kaliforniya Sur ştatının sahillərinə çatacağı gözlənilir. Hazırda küləyin sürəti saatda 100-130 kilometrə çatır.

Güclü yağış, yüksək dalğalar və külək səbəbindən Meksikanın bəzi sahil ərazilərində təxliyələr həyata keçirilib, limanlar bağlanıb və məktəblərdə dərslər dayandırılıb.

Sinoptiklər Baja Kaliforniya ərazisində 10-20 santimetrədək yağıntı düşə biləcəyini və bunun daşqın və torpaq sürüşməsi riskini artıracağını bildirirlər.