1xeber.media xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Hərbi Prokurorunun müavini Nihad Ənvər oğlu Şıxəliyevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.
Nihad Şıxəliyev 2025-ci ilin iyul ayından Azərbaycan Respublikası Hərbi Prokurorunun müavini vəzifəsində çalışır.
O, bundan əvvəl Hərbi Prokurorluğun Ərizə və müraciətlər şöbəsinin rəisi vəzifəsini tutub.
Ali hərbi rütbə dövlət başçısının Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı imzaladığı sərəncam əsasında təqdim olunub.