Вернуться назад Распечатать

Mahathirin həyat yoldaşı 100 yaşında vəfat etdi

1xeber.media xəbər verir ki, Malayziyanın keçmiş Baş naziri Mahathir Məhəmmədin həyat yoldaşı Siti Hasmah Mohamad Ali 100 yaşında vəfat edib.

Onun ölüm xəbəri ailəsi tərəfindən təsdiqlənib. Siti Hasmah Kuala-Lumpurdakı Milli Ürək İnstitutunda dünyasını dəyişib.

Siti Hasmah Malayziyanın ilk qadın həkimlərindən biri olub. O, uzun illər ana və uşaq sağlamlığı, kənd yerlərində səhiyyə xidmətləri və qadınların inkişafı istiqamətində fəaliyyət göstərib.

Malayziya hökuməti onun vəfatı ilə bağlı Mahathir Məhəmmədə və ailəsinə başsağlığı verib.