1xeber.media xəbər verir ki, Əfqanıstanın Nuristan vilayətində Pakistan ərazisindən keçdiyi bildirilən silahlı qrupa qarşı keçirilən əməliyyat zamanı 28 döyüşçü öldürülüb.
Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı daha 32 nəfər yaralanıb. Nazirlik silahlı qrupun sentyabrın 26-da sərhədi keçərək Kamdeş rayonuna daxil olduğunu bildirib.
Kabil qrupun Pakistan ərazisindəki silahlı dəstələr tərəfindən dəstəkləndiyini iddia edib. İslamabad isə Əfqanıstanla bağlı bu cür ittihamları qəbul etmir.
Hadisə Əfqanıstan-Pakistan sərhədində gərginliyin davam etdiyi bir vaxtda baş verib.