Вернуться назад Распечатать

Səudiyyə XİN rəhbəri Vaşinqtona getdi

Səudiyyə XİN rəhbəri Vaşinqtona getdi

1xeber.media xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ABŞ-a səfər edib.

Nazirin Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşü planlaşdırılır. Danışıqlarda iki ölkə arasındakı münasibətlərlə yanaşı, Yaxın Şərqdəki vəziyyət və digər beynəlxalq məsələlərin müzakirə olunacağı bildirilir.

Səfər Yəməndə husilərlə Səudiyyə Ərəbistanı arasında gərginliyin artdığı bir vaxtda baş verir.