
Aİ ölkələri Patriot raketləri ilə bağlı razılaşmadı
1xeber.media xəbər verir ki, Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirləri Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə raketlərinin verilməsi ilə bağlı yeni qərar qəbul etməyib.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, bəzi üzv ölkələrin əlində qalan raket ehtiyatlarının Ukraynaya göndərilməsi məsələsində razılıq əldə olunmayıb.
Kallasın sözlərinə görə, hazırda Aİ üçün mümkün variantlardan biri ayrı-ayrı ölkələrin mövcud raket ehtiyatlarını Ukraynaya verməsi və sonradan həmin ölkələrə 90 milyard avroluq hərbi maliyyələşdirmə fondu hesabına yeni raketlərin alınaraq çatdırılmasıdır.
O, görüşdən sonra bu istiqamətdə yeni qərarın qəbul edilmədiyini açıqlayıb.