Вернуться назад Распечатать

Kiyevin mərkəzində güclü partlayış- FOTO

1xeber.media xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevin mərkəzində güclü partlayış baş verib.

“Financial Times”ın Ukraynadakı müxbiri Kristofer Millerin yaydığı məlumata görə, şəhərin mərkəzindəki obyektlərdən biri hücuma məruz qalıb və hadisə yerindən güclü qara tüstü yüksəlib.

Ukrayna mediası yanğının “Qızıl Darvaza” abidəsi istiqamətində göründüyünü və mərkəzi ərazidə genişmiqyaslı yanğın baş verdiyini yazır.

Kiyevdə sentyabrın 27-dən 28-nə keçən gecə də genişmiqyaslı dron hücumu qeydə alınıb. Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, şəhərin bir neçə rayonunda yanğınlar baş verib və xəsarət alanlar olub. Hadisənin son detalları dəqiqləşdirilir.