Вернуться назад Распечатать

Türkiyə İran reyslərini dayandırdı

1xeber.media xəbər verir ki, Türkiyənin “Turkish Airlines”, “AJet” və “Pegasus” aviaşirkətləri İrana və İrandan həyata keçirilən uçuşları dayandırıb.

Məlumata görə, “Turkish Airlines” və “AJet”in sistemlərində 2027-ci ilin martına qədər İrana planlaşdırılmış reys görünmür. “Pegasus” da İran istiqamətində uçuşlarını rezervasiya sistemindən çıxarıb. “Turkish Airlines” nümayəndəsi mart ayından əvvəl İrana planlaşdırılmış uçuş olmadığını təsdiqləyib, lakin reyslərin həmin tarixdə mütləq bərpa ediləcəyinə zəmanət verilməyib.

Qərarın ABŞ-ın İran aviasiya sektoruna qarşı yeni sanksiyalarının qüvvəyə minməsindən sonra verildiyi bildirilir. Vaşinqton İran aviaşirkətləri ilə işləyən xarici şirkətlərin də sanksiya riski ilə üzləşə biləcəyini açıqlayıb.

Beləliklə, Türkiyə ilə İran arasında hava əlaqələrində yaranan fasilənin 2027-ci ilə qədər uzanması ehtimalı ortaya çıxıb.