1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Havana arasında razılaşmanın əldə edilə biləcəyini bildirib.
Tramp hərbi müdaxiləyə ehtiyac yaranacağını düşünmədiyini və ABŞ ilə Kubanın razılığa gələcəyinə ümid etdiyini deyib.
ABŞ administrasiyası Kuba hökumətinə təzyiq siyasətini davam etdirir. Kuba xarici işlər naziri Bruno Rodriges isə BMT-də çıxışı zamanı Vaşinqtonla dialoqa açıq olduqlarını bildirib.