Bakıda yeni “Supercam” nümayiş etdiriləcək
1xeber.media xəbər verir ki, modernləşdirilmiş “Supercam S180” kəşfiyyat pilotsuz uçuş aparatı Bakıda keçiriləcək “ADEX-2026” VI Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdiriləcək.
Sərgi sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda keçiriləcək. Məlumata görə, Rusiya şirkətlərinin birgə ekspozisiyasında “Supercam S180”lə yanaşı, “Supercam S350” pilotsuz uçuş aparatı da təqdim olunacaq.
Şirkət nümayəndələri S350-ni müxtəlif şəraitlərdə istifadə üçün nəzərdə tutulan ikili təyinatlı pilotsuz sistem kimi təqdim edirlər.
“ADEX-2026” çərçivəsində müdafiə sənayesi sahəsində müxtəlif ölkələrin şirkətləri öz məhsul və texnologiyalarını nümayiş etdirəcək.