Вернуться назад Распечатать

SOCAR İtaliya millisinin sponsoru olacaq

SOCAR ilə İtaliya Futbol Federasiyası (FİGC) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

1xeber.media xəbər verir ki, bu barədə FİGC-ın rəsmi saytı məlumat yayıb. 

Məlumata əsasən SOCAR 5 il ərzində İtaliyanın kişi və qadınlardan ibarət milli komandalarının “Baş Qlobal Enerji Sponsoru”  olacaq. 

Sazişi İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Covanni Malaqo və SOCAR-ın prezidenti Rövşən Nəcəf imzalayıb.