Вернуться назад Распечатать

Sentyabrın 29-u ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ

Sentyabrın 29-da Azərbaycanın bir sıra bölgələrində güclü külək əsəcək.

1xeber.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq yayıb.

Xəbərdarlığa əsasən, Goranboy, Naftalan, Daşkəsən, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Hacıqabul, Neftçala və Salyanda şərq küləyi əsəcək. 

Küləyin sürətinin saniyədə 13.9-20.7 metr təşkil edəcəyi gözlənilir.