İsrailin Ədliyyə Nazirliyi bir neçə nəfərin İranın nəfinə casusluq ittihamı ilə həbs etdiyini bəyan edib.
1xeber.media Ynet-ə istinadla xəbər verir ki, İsrail polisinin yaxaladığı, həssas hərbi və infrastruktur obyektləri üzrə kəşfiyyat məlumatlarının toplanması və İrana ötürülməsi ittihamı ilə üzləşənlərin ümumi sayı 7 nəfərdir.
Casusluqda ittiham olunan şəxslərin İran üçün indiyədək 600-ə yaxın tapşırıq yerinə yetirdiyi bildirilir. socar vakansiya
Onların casus məlumatları ötürdüyü obyektlər arasında “Ramat David” aviabazası, “Nevatim” aviabazası, “Glilot” və keçən həftə "Hizbullah"ın pilotsuz uçuş aparatının hücumu nəticəsində 4 İsrail əsgərinin öldürüldüyü “Golani” Bbiqadasının bazası var.
Casusluqda şübhəli bilinərək həbs edilən şəxslər Azərbaycan əsilli İsrail vətəndaşlarıdır. Onlardan bəzilərinin qohum olduqları, birinin isə hərbi xidmətə getmədiyi vurğulanıb.