Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin cəsur döyüşçüsü, gizir Murad Haqverdiyev 44 günlük Vətən müharibəsində keçdiyi çətin və şərəfli döyüş yolunun ən gizli məqamlarını bölüşüb. Füzuli istiqamətindən başlayan, ağır mühasirə sınaqlarından keçən və Şuşada Zəfər xəbəri ilə taclanan bu şanlı yol, həm də bir əsgərin uşaqlıqdan bəri ailə xatirələrindən tanıdığı doğma yurdunu öz əlləri ilə azad etmək hekayəsidir. “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medallı qəhrəmanımızın tükürpədici döyüş xatirələri hazırladığımız xüsusi video süjetdə!